BMT-nin baş katibi Antonio Quterreş terror təşkilatı PKK-nın Ankarada törətdiyi terror aktını pisləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Düjarrik bildirib. 

O, "PKK terror təşkilatının Ankarada törətdiyi terror aktına BMT-nin reaksiyası necədir?" sualına yazılı cavab verib.

Düjarrik Ankarada törədilən terror aktına görə məsuliyyəti üzərinə götürən PKK-ya qarşı Türkiyənin Şimali İraqda hava əməliyyatı keçirməyə hazırlaşması xəbəri ilə də qarşılaşdıqlarını və baş katibin Türkiyə və İraqı əsas prinsiplər çərçivəsində təmkinli davranmağa çağırdığını bildirib.

Düjarrik bəyan edib ki, Baş katib konstruktiv dialoq vasitəsilə mehriban qonşuluq münasibətlərini təşviq edir: "BMT-nin baş katibi Ankaradakı intihar hücumunu pisləyir".