Beynəlxalq Ədalət Məhkəməsi yanvarın 31-də Ukraynanın Rusiya Federasiyasına qarşı terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması və irqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında konvensiyaların pozulması ilə bağlı iddiası üzrə qərar qəbul etməyi planlaşdırır. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumdan bildirilib.

"Yanvarın 31-də Beynəlxalq Ədalət Məhkəməsi Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə üzrə Beynəlxalq Konvensiyanın və İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı işin mahiyyəti üzrə qərarını elan edəcək", - məlumatda qeyd edilib.