"Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) Kfar Şuba bölgəsində səhər saatlarında baş verən sərhəd hadisəsindən narahatdır". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS-a UNIFIL-in rəsmi nümayəndəsi Andrea Tenenti məlumat verib.

"Sülhməramlılar bütün tərəflərlə daim təmasdadır və onları təmkinli olmağa çağırır. Livan və İsrail regiondakı böhran vəziyyətini nəzərə alaraq, sərhəddə daha təhlükəli eskalasiyadan qaçmalıdır", - deyə mənbə bildirib.

Tenentinin sözlərinə görə, UNIFIL Livanın cənubunda öz sülhməramlı missiyasını tam şəkildə yerinə yetirir: "Mavi Dəbilqəlilər" şəxsi təhlükəsizlikləri naminə adi mövqelərdən və yaradılmış sığınacaqlardan atəşkəsə əməl olunmasına nəzarət edir, zirehli texnikadan istifadə etməklə isə əraziyə nəzarət edir".