BMT-nin İnsan Haqları Şurası İsraili Qəzza zolağında törətdiyi hərbi cinayətlərə görə məsuliyyətə cəlb etməyə çağıran qətnamə qəbul edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“BMT-nin İnsan Haqları Şurası cümə günü İsraili Qəzza zolağında törətdiyi mümkün hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə görə məsuliyyətə cəlb etməyə çağıran qətnamə qəbul edib”, - nəşr qeyd edir.

Əlavə olaraq bildirilir ki, 28 ölkə qətnamənin lehinə, 13 ölkə bitərəf qalıb, 6 ölkə isə əleyhinə səs verib.