"Gələn ilin sonuna qədər dünyada məcburi köçkünlərin və ya vətəndaşlığı olmayan insanların sayı 130 milyonu keçəcək".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) bildirib.

Məlumata görə, dünyada davam edən müharibə, zorakılıq və insan hüquqlarının pozulması səbəbindən məcburi köçkünlərin sayı bu ilin iyun-sentyabr dövründə 4 milyon nəfər artaraq 114 milyon nəfəri ötüb.

 

Gözəl Həşimova