"BMT dünya ölkələrini qlobal istiləşməyə qarşı təcili tədbirlər görməlidir".

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, bunu mətbuat konfransında çıxış edən Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş deyib.

İyul ayının bəşər tarixində indiyə qədər qeydə alınan ən isti ay olduğunu vurğulayan Quterreşə görə, iqlim dəyişikliyi olduqca qorxuludur. Bu isə hələ başlanğıcdır:

"Bütün ölkələr öz vətəndaşlarını qızmar istidən, ölümcül daşqınlardan, yanğınlardan, tufanlardan və quraqlıqdan qorumalıdır. İnkişaf etmiş ölkələr 2025-ci ilə qədər adaptasiya maliyyələşdirməsini ikiqat artıraraq aydın və etibarlı yol xəritəsi təqdim etməlidir. 2027-ci ilə qədər dünyada hər bir insan erkən xəbərdarlıq sistemi ilə əhatə olunmalıdır. Bu günə qədər yalnız Kanada və Almaniya bu mövzuda verdiyi vədləri yerinə yetirib". 

Antonio Quterres yerli hökumətləri, qurumları və özəl şirkətləri, eləcə də hökumətləri BMT standartlarına uyğun olaraq bərpa olunan enerjiyə keçid etməyə çağırıb.