Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasının 54-cü sessiyasında dünyada gündəm olan aktual mövzular, eləcə də bəzi Avropa ölkələrində Quranın yandırılması müzakirə olunacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çex Respublikasının BMT-nin Cenevrə Bölməsindəki daimi nümayəndəsi Vatslav Balek bildirib.

Gündəmin gərgin olacağını deyən Balek, sessiyada bir çox ölkə ilə insan haqları barəsində müzakirələr aparılacağını və iclas zamanı 130-a yaxın hesabatın dərc olunacağını bildirib.

 

Gözəl Həşimova