Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzza zolağında həlak olan BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Yaxın Şərqdəki əməkdaşlarının xatirəsini yad edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bazar ertəsi səhər təşkilatın mənzil-qərargahındakı bayrağı yarıya qədər endirilib. Daha sonra BMT əməkdaşlarının həmkarlar ittifaqının bir neçə onlarla üzvü qərargahda aksiya keçirib, burada həlak olan həmkarlarını bir dəqiqəlik sükutla yad edib və onların adlarını oxuyublar.

Bundan əvvəl BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik təşkilatın İsrail-Fələstin münaqişəsinin bitməsindən sonra UNRWA əməkdaşlarının ölümünü araşdırmaq niyyətini açıqlamışdı. Son məlumatlara görə, döyüşlər zamanı təşkilatın 101 əməkdaşı həlak olub.