"Rəfah keçid məntəqəsindən 526 yük maşını humanitar yardım daşıyıb, lakin yüklər arasında hələ də yanacaq yoxdur". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.

"526 yük maşını Rəfah vasitəsilə Qəzzaya daxil olub, lakin sizə xatırladırıq ki, Qəzzaya hələ də yanacaq çatmayıb", - diplomat deyib.

Düjarrik həmçinin qeyd edib ki, Misir səlahiyyətliləri BMT-nin texniki bölməsinə ev sahibliyi etməyə razılaşıblar və humanitar qrup Misir Qızıl Aypara Cəmiyyətinə məsləhət dəstəyi verəcək.