Berlin Ukraynadan taxıl ixracını qorumaq üçün Kiyevi əlavə hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyi planlaşdırır. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, Almaniya Ukraynaya əlavə bir IRIS-T hava hücumundan müdafiə sistemi və 10-dan çox Gepard özüyeriyən zenit silahı göndərməyi planlayır. Agentliyin həmsöhbətləri qeyd ediblər ki, silahlar bu ilin sonuna qədər Ukraynaya çatmalıdır.