"Birləşmiş Ştatlar Hindistanı Yeni Dehli və Pekin arasında gərginliyin artması riski ilə üzləşən Hind-Sakit okean regionunda Çini cilovlamaq üçün daha fəal səylər göstərməyə məcbur edəcək".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

"Hindistan rəsmilərinin dediyi kimi, Birləşmiş Ştatlar Vaşinqtonun yükünü müəyyən dərəcədə yüngülləşdirmək üçün Yeni Dehlinin Hind-Sakit okean regionunda diplomatik və hərbi mövcudluğunu artırmağa ümid edir. Söhbət, xüsusən də, Hindistan Hərbi Dəniz Qüvvələrinin Hind okeanında, eləcə də Cənubi Çin və Şərqi Çin dənizlərindəki beş nəzarət məntəqəsindən kənarda mövcudluğunun mümkün genişlənməsindən gedir", - agentlik qeyd edib.

"Bloomberg" hesab edir ki, Amerika hakimiyyətinin belə bir tələbi Hindistan və Çin arasında artan gərginliklə doludur. Qeyd edilir ki, Hindistan hazırda müzakirə olunan ABŞ-dən 31 pilotsuz uçuş aparatı almaqla regionda müşahidə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə biləcək.