ABŞ dövlət katibi Antoni Blinken və NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən görüşdə alyansın iyulda keçiriləcək sammitinin prioritetlərini müzakirə ediblər. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.

"Katib Blinken və baş katib Stoltenberq Vaşinqton sammiti üçün əsas prioritetləri, o cümlədən Ukraynaya dair ortaq öhdəliyimizi gücləndirmək, NATO-nun Hind-Sakit Okean və Aİ ilə tərəfdaşlıqlarını və kollektiv müdafiə öhdəliklərini genişləndirməyi müzakirə ediblər", - Miller yazılı açıqlamada bildirib. Ancaq təfərrüatlar verilməyib.

Şimali Atlantika Alyansının növbəti sammiti iyulun 9-11-nə planlaşdırılıb. O, ABŞ-nin paytaxtında baş tutacaq.