ABŞ dövlət katibi Antoni Blinken və İsveçin xarici işlər naziri Tobias Billström telefon əlaqəsi saxlayaraq, Stokholmun Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) daxil olması üçün “son hazırlıqları” müzakirə ediblər. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

O bildirib ki, tərəflər İsveçin NATO-ya qəbulu üçün son hazırlıqları nəzərdən keçiriblər. Əlavə heç bir təfərrüat verilməyib.

Bundan əlavə, Millerin sözlərinə görə, Amerika xarici siyasət departamentinin rəhbəri isveçli həmkarına Stokholm tərəfindən "Ukraynaya davamlı dəstək" üçün təşəkkür edib.

"Nəhayət, Blinken və Billström ABŞ və İsveç arasında iqtisadi və texnoloji əməkdaşlığın dərinləşdirilməsi yollarını müzakirə etdilər", - Miller əlavə edib.