ABŞ və müttəfiqləri öz məqsədlərini Ukraynaya əlavə dəstək verməklə onun NATO-ya tamhüquqlu üzvlüyü üçün ilkin şərtlər yaratmaqda görürlər. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

"Biz ikinci NATO-Ukrayna Şurasını keçirdik. Bir daha təsdiq edirik ki, Ukraynanın gələcəyi NATO-dadır. Bizim indi məqsədimiz Ukraynanın tamhüquqlu üzvlüyü üçün körpü yaratmaq, Ukraynaya alyansa qoşulmaq üçün lazım olan islahatları həyata keçirərkən ona əlavə dəstək və daha sıx əməkdaşlıq təklif etməkdir", - Blinken bildirib.