ABŞ dövlət katibi Antoni Blinken Fələstin-İsrail münaqişəsinin uzunmüddətli nizamlanması üçün zəruri şərtləri açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Blinken Nyu-Yorkda jurnalistlərə açıqlamasında deyib.

"Fələstinlilərin məcburi köçkünləşməsinə yol verilməməlidir. Qəzzadan İsrailə qarşı terror və ya digər hücumlar həyata keçirmək üçün platforma kimi istifadə edilməməlidir. Qəzza zolağının ərazisinin azaldılmaması və Qəzza zolağının və İordan çayının qərb sahilinin vahid idarəçiliyi ilə bağlı öhdəlik Fələstin Administrasiyasında olmalıdır", - Blinken qeyd edib.

O, bu tədbirləri uzunmüddətli və davamlı sülhə nail olmaq üçün əsas prinsiplər adlandırıb: "Bizim irəli sürdüyümüz və başqaları tərəfindən paylaşılan bəzi digər ideyalar etməli olduğumuz işlərin əsası ola bilər".

Blinken qeyd edib ki, Birləşmiş Ştatların Qəzza zolağında humanitar yardıma çıxış imkanlarını artırmaq üçün konkret planları, konkret addımları var.