2021-ci ilin ilk rübündə dünyanın kriptovalyuta bazarına 4,5 milyard dollar vəsait yatırılıb.

Bu bütün dövrlər üzrə ən yüksək göstəricidir.

Rəqəmsal valyuta idarəçisi olan «Coinshares» şirkətin tərəfindən aprelin 7-də açıqlanan məlumatlara görə, ilk rübdə kriptovalyuta fondlarına yatırım rekordu vurulub – 4,5  milyard dollar.

«Coinshares»in məlumatına görə, bu 4,5 milyard dolların 3,5 milyard dolları Bitcoin-ə, 765 milyon dolları Ethereuma- və digər valyutalara yatırılıb.

Qeyd edək ki, bundan əvvəlki rübdə – 2020-ci ilin 4-cü rübündə kriptovalyuta bazarına 3,9 milyard dollar yatırılmışdı. Bu artım kriptovalyutalara şirkətlərin yatırımlarının artdığını göstərir.

Doğrudur, yatırımların artım sürəti zəifləyib. Belə ki, 2020-ci ilin sonuncu rübü ilə birinci rübü arasında yatırımların həcminə görə 240%-lik artım olmuşdu. Qeyd edək ki, bu həftənin əvvəlində kriptovalyutaların bazar həcmi 2 trilyon dolları keçib.fins.az