Bakının Binəqədi rayonunda 53 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

İqtisadiyyat.az xəbər verir ki, 1970-ci il təvəllüdlü Mehrəliyeva Sona Gəray qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona ənsə sümüyünün sınığı diaqnozu qoyulub.

Fakta bağlı araşdırma aparılır.