"Azəriqaz" İstehsalat Birliyindən İqtisadiyyat.az-a verilən məlumata görə, bugün Binəqədi və Nizami rayonlarında qazın verilməsində məhdudiyyətlər olacaq.

İstehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə Binəqədi rayonu, Bağ Park küçəsində və  Nizami rayonu, Ə.Kürçaylı küçəsi 5 ünvanında yeni çəkilmiş diametrləri 315 mm-lik polietilen orta təzyiqli yeraltı qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, Ə.Kürçaylı və Şərifli küçələrinin kəsişməsində avtomobil yolunun yenidənqurulması ilə bağlı tikinti sahəsinə düşən diametri 273 mm-lik orta təzyiqli yeraltı qaz xəttinin əsaslı təmiri ilə əlaqədar, 29 mart 2019-cu il tarixdə  saat  1000-dan  təmir işləri tamamlananadək  Nizami rayonu Qara Qarayev, E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov, Nəvai küçələrində, həmçinin Binəqədi rayonu  6, 7, 8 və 9-cu mikrorayonlarının, eləcə də Rəsulzadə, Xutor və Biləcəri qəsəbələrinin bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən zəruri təmir  işləri gün ərzində  yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.