Görülən tədbirlər nəticəsində Bolqarçayda sel təhlükəsi qismən səngiyib. 3 kənddən təxliyə olunan ailələr evlərinə geri qaytarılır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə  FHN-in Muğan regional mərkəzinin xüsusi xilasetmə hissəsinin rəisi Fərabi Əmrahov bildirib.

***

07:00

Biləsuvarda sel təhlükəsi ilə bağlı Muğankənd və Amankənd sakinləri də təxliyə olunub.

İqtisadiyyat.az xəbər verir ki, əraziyə FHN-in Muğan regional mərkəzin əməkdaşları, eləcə də FHN Muğan və Lənkəran hərbi hissələrinin əsgərləri cəlb olunub. Kəndlərə giriş-çıxışlar nəzarətə götürülüb. Sel təhlükəsi aradan qalxana kimi qurum nümayəndələri ərazidə xidmət aparacaq.