Bu gün səhər saat 10:35 radələrində Biləcəri Texniki Xidmət Məntəqəsinin dam örtüyündə tüstülənmə hadisəsi baş verib.

"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) İqtisadiyyat.az-a verilən məlumata görə, ADY-nin yanğınsöndürmə qatarı və FHN-nin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri dərhal hadisə yerinə cəlb edilib.

Məlumata görə, operativ tədbirlər nəticəsində tüstülənmənin qarşısı alınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.