Ölkədə Novruz bayramı ilə əlaqədar martın 20-dən 26-a qədər qeyri-iş günü elan edilib. Ancaq buna baxmayaraq, bəzi banklar qeyri-iş günlərində də müştərilərə xidmət göstərəcəklər. TuranBank və “NBCBank”-ın mətbuat xidmətləri bayram günlərində də fəaliyyət göstərəcəklərini bildiriblər. TuranBankdan verilən məlumata görə, Yasamal filialı martın 20-dən 26 dək 24/7, Bakı filialı isə 10:00-dan 20:00-a-dək müştərilərə xidmət göstərəcəklər.

"NBCBank” isə paylaşdığı məlumatda xalqımızı bayram münasibətilə təbrik edərək, bayram günlərində fəaliyyət göstərəcək filiallrın adını açıqlayıb. Belə ki, martın 20-dən 24-dək 1 saylı filial, Əhmədli, Yasamal, Babək, Sumqayıt, Gəncə, Şəki və Lənkəran filialları saat saat 10:00-dan, 16:00-dək, martın 25 və 26 isə 10:00-dan 15:00-dək işləyəcəklər.

 

Mehman Nəbiyev