Belarusun Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi və Belarus müdafiə nazirinin müavini Valeri Revenko Minskdə Türkiyənin Belarusdakı Səfirliyinin hərbi attaşesi Atakan Saraç ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə məlumatı Belarus Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, Valeri Revenko ilə Atakan Saraç iki ölkənin müdafiə nazirlikləri arasında hərbi əməkdaşlığın mövcud vəziyyətini müzakirə edib.

Həmçinin bildirilib ki, Türkiyə və Belarus arasında münasibətlərin yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə olunub.