Belarus hökuməti Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq planlarından imtina edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Nazirlər Şurasının təsdiq etdiyi 2025-ci ilə qədər fəaliyyət proqramında deyilir.

Xatırladaq ki, Belarus ÜTT-tə qoşulmaq üçün hələ 1993-cü ildə ərizə verib. Ölkə hökuməti 2016-cı ildə üzvlük işlərini intensivləşdirib. Lakin daha sonra, 2020-ci ildə ölkədə keçirilən prezident seçkilərinin nəticələrini saxtalaşdırmaqda Qərbin ittihamları səbəbindən təşkilata üzvlüklə bağlı danışıqlar dayandırılıb.

2022-ci ilin martında ÜTT-yə üzv ölkələr Rusiyanın Ukraynadakı müharibəsini dəstəklədiyinə görə Belarusun müraciətinə baxılmasını dayandıran birgə bəyanat yayıblar. Daha sonra Avropa İttifaqı ölkələrinin səfirləri Belarusun təşkilata qəbul edilməsinə qarşı ÜTT-yə müraciət ünvanlayıblar.

 

Gözəl Həşimova