Bu ölkələrdə bəzi Belarus KİV-lərinin fəaliyyətinə qadağa qoyulmasına cavab olaraq Belarusda Latviya, Litva və Estoniyanın bəzi KİV-lərinə çıxış məhdudlaşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Belarus İnformasiya Nazirliyi məlumat yayıb. 

"Belarusun bəzi KİV-lərinin Latviya, Litva və Estoniya ərazisində fəaliyyətinə qadağa qoyulması ilə əlaqədar olaraq, İnformasiya Nazirliyi Xarici İşlər Nazirliyinin bildirişinə əsasən cavab tədbiri olaraq bu ölkələrin KİV-lərinin çıxışına qadağa qoyub. Belarus Respublikası 2024-cü il aprelin 8-də bu dövlətlərin bir sıra internet resurslarının Belarus Respublikasının ərazisində fəaliyyətini qadağan etmək qərarına gəlib", - məlumatda deyilir.