Belarus Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) əməkdaşları Belarus vətəndaşı Pavel Çurkini Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi ilə əməkdaşlıqda şübhəli bilinərək saxlayıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Mogilev-4" dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxs etiraf edib ki, Ukrayna tərəfinin göstərişi ilə "İsgəndər" əməliyyat-taktiki kompleksinin yerini Ukrayna Silahlı Qüvvələrinə təhvil vermək üçün lentə alıb.

Telekanal aydınlaşdırıb ki, Çurkin əvvəllər Belarus prezidentini təhqir etdiyinə görə məhkum edilib.