Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) KİV-də Sudandakı münaqişə tərəflərindən birinə silah-sursat tədarük etdiyi dair yayılan xəbərləri təkzib edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə müvafiq bəyanat BƏƏ Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

“KİV-də BƏƏ-nin Sudandakı münaqişə tərəflərini silah və sursatla təchiz etdiyi barədə yayılan xəbərlərə gəlincə, Xarici İşlər Nazirliyinin Strateji Kommunikasiyalar Departamentinin direktoru Əfra Əl Hamili bu iddiaları və ittihamları qətiyyətlə rədd edib”, - nazirlik açıqlayıb.

Bildirilib ki, BƏƏ münaqişə başlanandan bəri Sudanda münaqişə tərəflərindən heç birinə silah-sursat verməyib.

Əl Hamili əlavə edib ki, BƏƏ münaqişədə tərəf tutmur.