Birləşmiş Ərəb Əmirlikləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərinə mediada geniş yer ayıraraq, iki ölkə arasında tərəfdaşlığı yüksək qiymətləndirib.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, son iki ildə edilən səfərlər BƏƏ ilə Türkiyə arasında dostluq və tərəfdaşlıq əlaqələrini gücləndirib.

Sayca 5-ci olan görüşdə BƏƏ-nin tərəfdaşlıqlarını gücləndirmək və dost ölkələrlə əlaqələrini genişləndirmək strategiyası çərçivəsində Türkiyə ilə əlaqələrin böyük əhəmiyyət daşıdığı bildirilib. Həmçinin, təhlükəsizlik kimi sahələrdə onlarla strateji saziş və anlaşma memorandumunun imzalandığı diqqətə çatdırılıb.