ABŞ Prezidenti Co Bayden gələn ay Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşə bilər.

İqtisadiyyat.az xəbər verir ki, ABŞ lideri bu haqda mətbuatın “Ağ Ev noyabrda San-Fransiskoda keçiriləcək Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Sammiti çərçivəsində Baydenin Çin sədri Si Cinpinlə görüşünü planlaşdırıb” xəbəri ilə bağlı suala cavab verən zaman danışıb.

“Hələ belə bir şey yoxdur. Görüş planlaşdırılmayıb, amma bir ehtimal var”, - o bildirib.