"ABŞ HƏMAS tamamilə məhv edilənə qədər İsraili silahla təmin edəcək".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden yəhudilərin "Hanukka" bayramı münasibətilə Ağ Evdə keçirilən qəbulda bildirib.

Onun sözlərinə görə, ölkə Qəzza zolağına humanitar yardım göndərməkdə davam edəcək:

"Bununla belə, İsrailin hərbi əməliyyatlarının xarakterinə görə beynəlxalq ictimaiyyətin vəziyyətə baxışı dəyişə bilər. Bütün dünyanın fikri bir gecədə dəyişə bilər. Biz buna imkan verə bilmərik".

 

Gözəl Həşimova