ABŞ-də hazırkı prezident Co Bayden və keçmiş prezident Donald Trampın 2024-cü ildə keçiriləcək prezident seçkilərində qalib gəlmək şanslarını müəyyən etmək üçün keçirilən sorğuda Bayden Donald Trampdan 9 bal geri qalıb.

İqtisadiyyat.az xəbər verir ki, sorğu "ABC" və "Washington Post" tərəfindən aparılıb.

Sorğuda iştirakçıların 51 faizi Trampı dəstəkləyib, Bayden isə sələfindən 9 bal geriləyib və 42 faiz dəstək alıb.

"ABC" və "Washington Post" tərəfindən fevral ayında keçirilən analoji sorğuda Trampa dəstək yüzdə 48, Baydenə isə 45 faiz olaraq qeydə alınmışdı.