"Belə bir görüş hələ planlaşdırılmayıb, lakin bir ehtimal var".

İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden gələn ay ABŞ-də keçiriləcək Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Sammiti çərçivəsində Çin Xalq Respublikasının sədri Si Tsinpinlə görüşünün planlaşdırıldığı xəbərinə cavabında deyib.

ABŞ mətbuatının, "Ağ Evin noyabrda San-Fransiskoda keçiriləcək Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Sammiti çərçivəsində Baydenin Çin sədri ilə görüşməyi planlaşdırdığı", - xəbəri ilə bağlı suala Bayden cavab verib: "Hələ belə bir şey yoxdur. Görüş planlaşdırılmayıb, amma bir ehtimal var".