ABŞ prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Ağ Ev" məlumat yayıb.

Telefon danışığından Bayden Qəzzaya humanitar yardım axınının və oradakı mülki əhalinin qorunmasının vacibliyini vurğulayıb.

Görüşdə Qəzzadakı son hadisələr və HƏMAS-ın saxladığı əsirlərlə bağlı müzakirələr də aparılıb.

 

Gözəl Həşimova