ABŞ prezidenti Co Bayden bazar günü İsrailin baş naziri Binyamin Netanyahu ilə daha bir telefon danışığı keçirməyi planlaşdırır. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Amerika liderinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan "CNN" telekanalında bildirib.

Aparıcı ondan İsrail hərbçilərinin Qəzza zolağında keçirdiyi əməliyyatlara münasibət bildirməsini istəyib. Sullivan bu suala cavabında qeyd edib ki, ABŞ-nin fikrincə, İsrail mülki insanları qorumaq üçün mümkün olan hər şeyi etməlidir: "Bu, bizim prinsipimizdir, onlara tövsiyə etdiyimiz budur".

"Bu gün bir neçə saatdan sonra prezident yenidən İsrailin baş nazirilə danışacaq və bu məsələ ilə bağlı ABŞ-nin mövqeyini bir daha açıqlayacaq. Bu, aydın, başa düşülən və fikrimizcə, əsaslıdır", - Sullivan vurğulayıb.