"Fələstin-İsrail münaqişəsinin tərəfləri, həmçinin HƏMAS hərəkatı girovların azad edilməsi ilə bağlı razılaşmalara çox yaxındırlar, onlardan bəziləri tezliklə evlərinə qayıda bilər". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden Ağ Evdə çıxışı zamanı bildirib.

"Mən girovların qaytarılması üçün göstərilən səylər barədə bir neçə söz demək istəyirəm. Hamınızın bildiyi kimi, biz həftələrdir ki, bunun üzərində fəal işləyirik", - Amerika lideri əlavə edib.

"Mən bu yaxınlarda baş nazir Binyamin Netanyahu və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə bu barədə danışdım. Mənim köməkçilərim regiondadır və paytaxtlar arasında səyahət edir. Biz indi razılaşmaya çox yaxınıq. Bu girovlardan bəziləri çox tezliklə azad ediləcək. Ancaq mən təfərrüatlara varmaq istəmirəm, çünki proses tamamlanana qədər heç bir şey tamamlanmır. Daha çox şey deyə bildiyimiz zaman hər şeyi deyəcəyik", - ABŞ prezidenti əlavə edib.