"Birləşmiş Ştatlar  HƏMAS yaraqlılarını cəzalandırmaq üçün İsrailə lazım olan hər şeydə kömək edəcəyinə zəmanət verir". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden Ağ Evdə aparılan danışıqlardan sonra Avstraliyanın baş naziri Antoni Albanese ilə birgə mətbuat konfransında bildirib.

"İsrailin öz xalqının qətlinə cavab vermək hüququ var və əlavə edərdim ki, öhdəliyi var. Və biz İsraili bu terrorçulardan müdafiə etmək üçün lazım olan hər şeyi təmin edəcəyik. Vaşinqton buna zəmanət verəcək", - Bayden qeyd edib.

Bayden əlavə edib ki, HƏMAS-a qarşı əməliyyatların aparılması şərtləri İsraili müharibə qanunlarına riayət etmək məsuliyyətindən azad etmir. Onun sözlərinə görə, İsrailin HƏMAS hərəkatının hücumlarına qarşı özünümüdafiə hüququ var: "Lakin bu, İsraili müharibə qanunlarına uyğun hərəkət etmək zərurətindən azad etmir".

O əlavə edib ki, İsrail bölgədə əməliyyatlar apararkən Qəzzanın mülki əhalisini qorumaq üçün əlindən gələni etməlidir.