Ümummilli lider Heydər Əliyev xalqlarımız və dövlətlərimiz arasında dostluğun inkişafında böyük rol oynayıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında bildirib.

İrakli Qaribaşvili deyib ki, bu gün Prezident İlham Əliyevlə Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərginin açılışında iştirak ediblər.