"Trendyol"da olan xüsusi kolleksiya "Barbie" oyuncaqları "Barbie" filminin nümayişindən 2 gün sonra satılıb.

İqtisadiyyat.az türk mediasına istinadən bildirir ki,  filmin nümayişi ilə bütün dünyada "Barbie" çılğınlığı yaşanır. "Barbie" filmi oyuncaq satışlarını artırmaqla yanaşı, moda, gözəllik və dekorasiya sektorlarında da satış bumuna səbəb olub. Belə ki, "Barbie" temalı məhsullar satışlarını əvvəlki aylarla müqayisədə 3 dəfə artırıb.

"Barbie's Dream House" 17 min ədəd satış rəqəmi ilə Barbi sevərlərin ulduzu olaraq diqqət çəkib.

Gülşən Şərif