"Barbie" filmi nümayiş olunduqdan üç həftə sonra yayımına qadağa qoyulub.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, Əlcəzair hökuməti filmdə yer alan bəzi səhnələrin mənəvi dəyərlərlə uzlaşmadığını açıqlayıb.

Bu baxımdan "Barbie" filminin homoseksuallığı təbliğ etməsi, dini və mədəni inanclara uyğun gəlməməsi səbəbiylə yayımına məhdudiyyət qoyulub.

Qeyd edək ki, "Barbie"  filmi iyulun 21-də nümayiş olunduqdan sonra 1 milyard dollardan çox gəlir əldə edib. Eyni zamanda bir sıra ölkələrdə yayımına qadağa qoyulub.

Gülşən Şərif