Banqladeş səlahiyyətliləri ölkənin cənub-şərqində təsirli olan musson yağışlarının səbəb olduğu daşqınlarda 48 nəfərin həyatını itirdiyini, itkin düşənlərin olduğunu açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, Çattoqram bölgəsinin rəsmilərindən Rakib Həsən "Anadolu Agentliyi"nə 15 nəfərin həyatını itirdiyini, 3 nəfərin isə itkin düşdüyünü bildirib.

Həsən sel sularının çəkildiyi bölgələrdə insanların evlərinə qayıtdığını, köməyə ehtiyacı olanlara yardım işlərinin davam etdiyini bildirib.

Coxs Bazar bölgəsində axtarış-xilasetmə işlərində iştirak edən rəsmilərdən biri isə, 2-si arakanlı mühacirlər də daxil olmaqla 21 nəfərin öldüyünü bildirib.

Bandarban bölgəsində ən azı 10 nəfərin həyatını itirdiyi, 3700 evin dağıldığı, 15 minə yaxın insanın daşqınlardan təsirləndiyi qeyd edilib.

Ranqamati bölgəsinin rəsmiləri ölkənin ən böyük süni gölü olan Kaptai-nin daşması səbəbindən sel sularının səviyyəsinin yüksəlməyə davam etdiyini, bölgədə 2 uşağın həyatını itirdiyini, 1 nəfərin itkin düşdüyünü bildirib.

Meteoroloq Monowar Hossain bildirib ki, musson yağışlarının avqustun 15-dək davam edəcəyi gözlənilir.

Banqladeşdə hər il iyun-sentyabr aylarında müşahidə edilən musson yağışları səbəbindən minlərlə insanın həyatı iflic olur.