Banqladeşin cənub-şərqində musson yağışlarının səbəb olduğu daşqınlarda ölənlərin sayı 57-yə yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, meteoroloqlar yağışların daha 2 gün davam edəcəyi və çaylarda daşqınların ola biləcəyi barədə xəbərdarlıq edib.

Banqladeş Fəlakətlərin İdarə Olunması Nazirliyindən verilən açıqlamada musson yağışlarının səbəb olduğu daşqınlardan təxminən 1 milyon insanın zərər çəkdiyi bildirilib.

Qeyd olunub ki, daşqınlar nəticəsində yüzlərlə ev zərər görüb. Dəymiş ziyanın qiymətləndirilməsi bir həftədən çox çəkə bilər.

Banqladeşdə hər il iyun-sentyabr aylarında müşahidə edilən musson yağışları minlərlə insanın həyatına mənfi təsir göstərir.