Banqladeşdə ilin əvvəlindən bu yana 989 nəfərin danq qızdırmasından öldüyü açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Banqladeş Səhiyyə Xidmətləri Baş Müdirliyi (DGHS) məlumat yayıb.

Məlumata görə, ilin əvvəlindən bu yana ölkədə danq qızdırması səbəbindən 989 nəfər ölüb, yoluxma sayı isə 203 min 406-ya çatıb.

DGHS sentyabr ayında xəstəlikdən ümumilikdə 396 nəfərin öldüyünü açıqlayıb.