Bu yaz Bank “BTB” ASC baharın gəlişi münasibətilə sərfəli kampaniyaya start verib. İqtisadiyyat.az bankın mətbuat xidmətinə istinadən məlumat verir ki,bank bir neçə məhsulların şərtlərini yeniləyərək müştərilər üçün daha səmərəli edib.

Belə ki, “Nağd pul krediti”, “Kredit Kart” və əmək haqqı hesabı Bank "BTB"-də olan müştərilər üçün istehlak krediti məhsullarının faizləri endirilib, digər şərtləri isə sadələşdirilib.

Üstəlik Bank "BTB" bütün növ Ödəniş kartları üzrə qiymətləri aşağı salıb. VİSA və ya MasterCard ödəniş kartlarının bütün növlərini artıq müştərilər daha sərfəli qiymətlərlə əldə edə biləcəklər.

Həmçinin Bank “BTB” ASC-nin İnternet Bankinq üzrə elan etdiyi endirim Kampaniyası davam etməkdədir.