İndoneziya hakimiyyəti bu gündən etibarən Baliyə gedən xarici turistlər üçün 150,000 İndoneziya rupisi (təxminən 10 dollar) rüsum tətbiq edəcək.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, ödəniş uşaqlar da daxil olmaqla, səyahət edənlərin bütün yaş kateqoriyalarına aiddir.

Oxşar tələblər Bali ilə qonşu olan Nusa Penida, Nusa Lembongan və Nusa Ceningan kiçik adalarına səyahət üçün də tətbiq olunur.

Məlumata görə, İndoneziyanın digər bölgələrindən daxili reyslər və ya bərə ilə gələn turistlər də vergi ödəməlidirlər.

 

Gözəl Həşimova