İndoneziyanın Bali adasını ziyarət etmək istəyən əcnəbi turistlər üçün tezliklə 10 dollar rüsum tətbiq ediləcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İndoneziyanın turizm və kreativ iqtisadiyyat naziri Sandiaqa Uno bildirib.

Onun sözlərinə görə, belə bir addım adada keyfiyyətli turizmin inkişafına kömək edəcək: "Biz Balidə turizmin mədəniyyətə, ləyaqətə əsaslanan yüksək keyfiyyətli olması ideyasını dəstəkləmək üçün əlimizdən gələni edəcəyik".

 

Gözəl Həşimova