İstanbul-Bakı aviareysi ilə gələn iki nəfər vətəndaşdan Dövlət Gömrük Komitəsinin (DGK) Heydər Əliyev Beynəlxalq Aeroportunda xidmət aparan əməkdaşının köməyi ilə gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirdikləri 493 qram qızıl-zinət əşyaları aşkar olunub.

İqtisadiyyat.az DGK-yə istinadən xəbər verir, bu, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən hava limanında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub.

Məlumata görə, hazırda faktla bağlı Əməliyyat-İstintaq Baş İdarəsində araşdırma aparılır.