Paytaxtın Xətai rayonunda yol keçidlərinin birində vətəndaşların hərəkətinə təhlükə yaradan "Toyota Prius" markalı, 77-XY-496 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Novruzov Rəsul Rövşən oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. 

Bakı şəhər BPİ DYP İdarəsinin İctimai qurumlarla əlaqə bölməsindən İqtisadiyyat.az-a bildirilib ki, sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə R.Novruzov 10 sutka inzibati qaydada həbs edilib.