Bakıda özəl  xəstəxanada mədəkiçiltmə əməliyyatı keçirmiş qadın pasiyent ölüb. 

İqtisadiyyat.Az Medicina.az-a istinadən xəbər verir ki, fakt "Real Hospital”da qeydə alınıb. 

1960-cı il təvəllüdlü Əliyeva Gülnar Cavad qızı mayın 20-də mədəkiçiltmə əməliyyatı etdirib. Mayın 26-da gecə 03:00 radələrində vəfat edib. 

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.