Azərbaycanda əsrlər boyu qəhvə yox, çay əsas içki olub. Elə indinin özündə də çay ölkədə ən populyar içki olmaqda davam edir. Amma bununla belə, qəhvə də artıq getdikcə populyarlaşmaqdadır. Paytaxt Bakıda bir-birinin ardınca qəhvəxanalar açılır və qəhvə Bakı sakinlər sevimli içkilərindən birinə çevrilir. İqtisadiyyat.az xəbər verir ki, Bakucity.az növbəti araşdırmasını paytaxtın qəhvəxanalarına həsr edib. Bakıda qəhvə ilə bağlı ən vacib detallardan bu araşdırmada xəbər tutacaqsınız.

“Kappinq” və yaxud qəhvənin peşəkar dequstasiyası

'Starbucks' qəhvəxanasının inzibatçısı Emin Əsgərov Bakucity.az-a qəhvənin dequstasiya prosesi barədə məlumat verib:

'Dequstasiya zamanı müəyyən standartlara riayət etmək vacibdir. Prosesə vizual qiymətləndirmə, qoxlamaq, dadmaq və toxunmaq kimi elementlər daxildir.

Birinci qurtumdan sonra ağızı təmiz su ilə yaxalamaq lazımdır ki, növbəti sınaq üçün tamı müəyyənləşdirmək mümkün olsun.

2018-12-2011-51-31_5c1b4aac4df3c.png

Qəhvə keyfiyyətli olmalıdır. Müəssisəmizin menyusunda qəhvədən başqa, qəhvəylə gözəl uzlaşan dadlı çərəzlərlə, süzülmüş və preslənmiş qəhvəli içkilərlə də tanış ola bilərsiniz”.

Qəhvənin növləri

“Mövcud olan qəhvə çeşidləri təəccüblü və maraqlıdır”, - bunu “Gloria Jean's Coffee” qəhvəxanasının administratoru Ruslan Şükürov deyib:

'Bunu anlamaq asan deyil, çünki qəhvənin növləri müxtəlif meyarlara görə təsnif edilir. Taxıl çeşidləri, onları becərən ölkə, qovurma və içkinin hazırlanma resepti: onların “amerikano”, “espresso”, “latte”, “latte macchiato”, “cappuccino” kimi təsnifləşdirilməsi mürəkkəb prosesdir.

Bütün bu qəhvə növləri bizdə dadlı şirniyyatlarla birlikdə verilir”.

2018-12-2011-55-07_5c1b4ac376957.png

“Əsl qəhvəni yalançı qəhvədən fərqdəndirilməsində qiymət mühüm rol oynayır'

“Saxta qəhvəni əsl qəhvədən ayırd etmək çətin deyil. Keyfiyyətsiz qəhvənin yad qoxusu və dad çalarları olur”, - deyə “Coffeemania” qəhvəxanasının inzibatçısı Əsgərov Əsgər Bakucity.az-a açıqlamasında bildirib:

“Saxta qəhvədə demək olar ki, heç vaxt normal kofeyn olmur. Bu məqamda qiymət də mühümdür. Yaxşı qəhvə ucuz ola bilməz. İkinci məqam isə qablaşdırmadır. Keyfiyyətli qəhvə şüşə və ya tənəkə qablarda qablaşdırılır. Qabın üzərində istehsalçı, istifadə müddəti və ştrix-kod göstərilməlidir. Bu zaman ştrix-kodun ilk üç rəqəmi göstərilən istehsalçı ölkənin koduyla üst-üstə düşməlidir.

'Coffeemania' qəhvəxanasında biz qəhvə və qəhvəli içkiləri əsas üstünlüyü keyfiyyətə verməklə seçirik. Türk qəhvəsi sifariş verdikdə, yanında dadlı şirniyyat da verilir”.

Üyüdülmüş və təbii qəhvənin fərqi

'Təbii qəhvə ilə üyüdülmüş qəhvə arasında fərq var. Bu içkinin kəskin dadında və qoxusunda aydın şəkildə nəzərə çarpır” – deyə, “Espressamenteilly” qəhvəxanasının əməkdaşı Arzu Rəcəbova bildirib:

“Dad, ətir - bu, əlbəttə zövq məsələsidir, amma əgər təbii, yoxsa üyüdülmüş qəhvənin daha faydalı olmasından söhbət gedirsə, burada məsələ elə də asan deyil. Təbii qəhvə qovrulmuş qəhvə dənələrindən əldə edilir. Üyüdülmüş qəhvənin tərkibində təxminən 15% qəhvə dənələri var, qalan hər şey - boyaqlar, stabilizatorlar, emulqatorlar və digər kimyəvi əlavələrdir. Məhz buna görə də, biz heç vaxt üyüdülmüş qəhvədən istifadə etmirik. Keyfiyyətli qəhvə istənilən qəhvəxananın keyfiyyət nişanıdır. Biz ayda bir dəfə aksiya keçirərək ziyarətçilərimizi müxtəlif şirniyyatlara və qəhvəyə qonaq edirik”.

2018-12-2011-56-08_5c1b4ad74e09a.png

Bakucity.az paytaxtda yerləşən bir neçə qəhvəxananı və qiymətlərini diqqətinizə çatdırır:

“Starbucks”

Kofe “arabica”, “Latte”, “Cappuccino”, “Caramel macchiato', “Frappuccino” içkisi, 30 müxtəlif növdə qəhvələr, “Starbucks”un xüsusi çayları.

Mətbəx: Şirniyyat

4-5 AZN (içkidən asılı olaraq)

.

“Gloria Jean'sCoffee”

Sadə kofe, “Latte”, “Cappuccino”, “Karamel macchiato”, “Croissants”, çay, şirniyyat, müxtəlif piroqlar.

3-6 AZN (içkidən asılı olaraq)

10 st. alış-veriş edənə 1 qəhvə pulsuz

Traveler'sCoffeeBaku”

Kofe “Traveler’s”, “Latte”, “Cappuccino”, “Croissants”, 20 növdə çay, şirniyyatlar.

Mətbəx: İtalyan mətbəxindən yeməklər, isti və soyuq yeməklər

3-5 AZN (içkidən asılı olaraq)

Bir qəhvə alana biri ödənişsiz

SecondCupBaku

Sadə kofe, “Latte”, “Cappuccino”, “Croissants”, kekslər, piroqlar, tortlar və digər şirniyyatlar.

Mətbəx: Kanada və Avropa mətbəxindən yeməklər, “simit”, “sendviç” və xüsusi salatlar.

3-6 AZN (içkidən asılı olaraq)

CoffeeLea

Sadə qəhvə, “Latte”, “Cappuccino”,

Çay, desertlərin böyük çeşidi.

Mətbəx: Amerika və Avstriya yeməkləri.

Azərbaycan mətbəxi - sifarişə görə

4-5АZN (içkidən asılı olaraq)

Espressamenteilly

Qəhvə “arabica”, “Latte”, “Cappuccino”, Çay - desertlərin böyük çeşidi.

Mətbəx:İtalyan yeməkləri

4-5 AZN (içkidən asılı olaraq)

4 st. sifariş verəndə, 5-cisi ödənişsizdir

DoubleCoffee

Qəhvə “arabica”, “Latte”, “Cappuccino”,müxtəlif çaylar, kokteyllər, desertlər.

Mətbəx: Qəlyanaltılar, səhər yeməyi

3-5 AZN (içkidən asılı olaraq)

“Coffeemania”

Sadə qəhvə, “Latte”, “Cappuccino”, “Karamel macchiato”, Çay, şirniyyatlar

Mətbəx: Amerika və Türk mətbəxindən yeməklər

3-6 AZN (içkidən asılı olaraq)

Türk qəhvəsi sifariş edərkən, pulsuz desert

verilir

BakuRoastingCompany

Sadə qəhvə, “Latte”, “Capuccino”, Çay, Şirniyyat, “Peçeniyə”.

Mətbəx: Müxtəlif qəlyanaltılar.

3-5 AZN (içkidən asılı olaraq)

“Coffee Moffie”

Sadə qəhvə, “Latte”, “Cappuccino”, çay.

Mətbəx: Azərbaycan, Avropa “Fast Food”.

Vegeteriyanlar üçün s

4-5 AZN (içkidən asılı olaraq)

Sonda

Qəhvənin bütün əsas xüsusiyyətlərini müəyyənləşdirdikdən sonra yekunda bunu demək olar ki, qəhvənin çox müxtəlif növləri var. Bakıda hər kəs şəxsi zövqünə uyğun sadə, xəfif, sərt və ya qeyri-adi qəhvə tapa bilər. Məsələn, qəhvənin 'flaminqo' növü çox qidalı və qeyri-adi içkidir, bura həmçinin “Kafesino”nu, “Lattemakiato”nu, “Ekspresso”nu da əlavə etmək olar. Əgər bu qəribə adları olan içkilər sizi həqiqətən maraqlandırırsa, onda Bakıdakı yaxşı qəhvəxanalardan birinə gedə və sifariş edib zövq ala bilərsiniz.

Bakucity.az