Şıx qəsəbəsi ərazisindəki çimərlikdə oğurluq edən şəxs saxlanılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə DİN mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 14-də Şıx qəsəbəsi ərazisindəki çimərlikdə bir nəfərin içərisində 950 manatı, bank kartları və sənədi olan cüzdanını oğurlamaqda şübhəli bilinən Astara rayon sakini Kamil Zahidov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.