Bu gün günorta saatlarından etibarən paytaxtın Əhmədli qəsəbəsi, Seyid Əzim Şirvani və Qaçaq Nəbi küçələrinə içməli suyun verilməsi təmin olunub. “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı İqtisadiyyat.Az saytına bildirib ki, sözügedən küçələrdə yeni su xəttləri çəkildiyi üçün həmin ərazilərə suyun verilməsi dayandırılmışdı. Artıq təmir-bərpa işləri yekunlaşdığından susuzluq problemi də aradan qaldırılıb.

Qeyd edək ki, Əhmədli qəsəbəsinin Seyid Əzim Şirvani və Qaçaq Nəbi küçələrinin sakinləri bir neçə gün idi ki, içməli su çatışmazlığından əziyyət çəkirdi.